Şəmkir su anbarında bir nəfər batıb, axtarışlar davam etdirilir - VİDEO

Şəmkir su anbarında bir nəfər batıb, axtarışlar davam etdirilir - VİDEO
Video
Hadisə 101

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyev Şəmkir su anbarında batıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Onun Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunur.

Hazırda Z.Baxşəliyevin axtarışları aparılır.

Son xəbərlər