SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlə yetirməkdə ittiham olunan Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Vüqar Kərimovun hüquqi varisi qismində atası Safa Kərimov çıxış edərək, təqsirləndirilən şəxsi – gəlinini bağışladığını bildirib: "Nuridə mənim gəlinimdir. "Mənim heç bir şikayət və tələbim yoxdur. Gəlinimi bağışlayıram. Bir uşağı var. Olan oldu. Mən nəvəmi istəyirəm. Onun günahından keçmənizi istəyirəm. Ona görə xahiş edirəm ki, Nuridə Kərimovanı azadlığa buraxın".
 
BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, S.Kərimov şikayətçi olmadığı barədə məhkəməyə yazılı ərizə də verib.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilb.

Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hadisə ötən ilin iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı - Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tutulub.

Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib. 

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Onların 4 yaşlı qızı  hadisə vaxtı ana babasının evində olub.

N.Kərimova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.