Sərnişinin qapıya müdaxiləsinə görə qatar xətdən çıxarıldı
06
may
2024
18:50
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, “28 May” stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinlər düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. Nəticədə, qatar stansiyanı sərnişinsiz olmaqla, altı dəqiqə yubanma ilə tərk edib.
Əks istiqamətdən xəttə ehtiyat qatar verilib.
Hazırda qatarlararası intervalın bərpa edilməsi istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Metronun bu stansiyasında pik vaxtda gecikmə yaşandı - VİDEO - YENİLƏNİB
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında olanda qapılardan biri ilə bağlı proble...