Metronun bu stansiyasında pik vaxtda gecikmə yaşandı - VİDEO - YENİLƏNİB

Metronun bu stansiyasında pik vaxtda gecikmə yaşandı - VİDEO - YENİLƏNİB
Video
Hadisə 3

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında olanda qapılardan biri ilə bağlı problem yaranıb.

Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib. Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.

***10:31

Bu gün səhər saatlarında Bakı metropoliteninin "Xalqlar Dostluğu" stansiyasında qatarların hərəkətində gecikmə yaranıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, saat 09:32-də qatarlardan birində yaranmış nasazlıq səbəbindən 10 dəqiqəlik interval qeydə alınıb.

Nəticədə "Xalqlar Dostluğu" stansiyasında insan sıxlığı müşahidə olunub.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər