SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayon Poylu kəndində 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralananlar 1965-ci il təvəllüdlü Fazil Əliyev, 2003-cü il təvəllüdlü Hidayət Cəfərov və 1977-ci il təvəllüdlü Zahid Hüseynovdur.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS