Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var
05
may
2024
21:21
Ağstafa rayon Poylu kəndində 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, yaralananlar 1965-ci il təvəllüdlü Fazil Əliyev, 2003-cü il təvəllüdlü Hidayət Cəfərov və 1977-ci il təvəllüdlü Zahid Hüseynovdur.
Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı MƏHKƏMƏ: Şübhəlilər ifadə verib - FOTO
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üz...