FHN azyaşlıları xilas etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun “112” qaynar telefon xət...