22 yaşlı azərbaycanlını döyüb milyonluq saatını əlindən aldılar
27
iyn
2019
09:31
İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistə hücum edilib.BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Daily Mail” nəşri bu barədə yazıb. Hücum nəticəsində onun 1 milyon funt-sterlinq ( 2,167,600 AZN) dəyərində olan saatı oğurlanıb.Gündüz vaxtı hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gənc dostu ilə bir yerdə olub. Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.Qeyd edək ki, oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, “50-03 McLaren F1” cəmi 40 qramdır.
Oxşar xəbərlər
Azərbaycanlı qadın ərəb turistə oteldə həyatının şokunu yaşatdı
Bakıda oteldə ərəb turistin bahalı saatı oğurlanıb.BAKU.WS report-a istinadən xəbər verir ki, paytaxtdakı “Bulvar otel”də qalan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)...