SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyanda ər və arvadın - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

Oxu.Az-ın məlumatına görə, ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

***11.04
Salyanda ər və arvad qətlə yetirilib.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Əiməmməd oğlu və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər Rza qızı evdə qətlə yetirilib.
 
Qeyd edək ki, İ. Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS