SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt yolunda hərəkətdə olan avtomobilin sürücüsü tərəfindən sərnişin daşıması qaydalarının kobud şəkildə pozulması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məsələ Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində “Jeep” markalı, 77-PU-785 dövlət qeydiyyat nişanlı avtomobillə kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücünün Ceyhun Şirinli olması müəyyən edilib və həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb:

“Sərnişinin avtomobilindən asılı vəziyyətdə hərəkətinə şərait yaratmaqla həmin şəxsin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə münasibət bəslədiyini nümayiş etdirən C.Şirinlinin inzibati tənbehdən nəticə çıxaracağına və bir daha bu kimi əməllər törətməyəcəyinə dair verdiyi vədə əməl edəcəyinə ümid edir, bununla yanaşı ictimai qınağa səbəb olan belə halların digər sürücülər tərəfindən təkrarlanmayacağına inanırıq”.

***10:35

Bakı-Sumqayıt yolunda "Jeep" markalı avtomobil və "sərnişin"i təhlükəli vəziyyət yaradıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Maşının pəncərəsindən asılı formada gedən şəxs həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO