Dünən Xaçmaz rayonunda fırtına qopub.


BAKU.WS
-in məlumatına görə, fırtına zamanı rayonunun Hacıəhməd-oba kəndində şəhər sakini Rasim Qasımovun idarə etdiyi "Moskviç” markalı avtomobilin üzərinə ağac qırılaraq düşüb.

Nəticədə sərnişini Aslan Mahmudov hadisə yerində ölüb. Sürücü isə ağır yaralanıb.

Rasim Qasımovu rayon xəstəxanasına yerləşdiriblər.

Ziya Səccad
BAKU.WS