Azərbaycanda sexdə YANĞIN - YENİLƏNİB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 96 kv.m. olan avtomobil təmir sexinin lambirdən ibarət tavanı 24 kv.m. sahədə və sexin içərisində təmirə dayanmış "VAZ-21011" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi və bitişik bokslar yanğından mühafizə olunub.
***12:52
Zaqatala rayonu ərazisində yerləşən avtoservisdə yanğın hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, FHN-in qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğının görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...