Bakıda mənzildə yanğın olub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin yanar kontruksiyaları 10 m² sahədə və bitişik mənzilin eyvanının taxta atmaları 1 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...