SİZİN REKLAM BURADA!
055 213 76 73


 

51 yaşlı Bakı sakini liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.

BAKU.WS-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
 
BAKU.WS