SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa-Bakı sərnişin qatarında hərəkət bərpa olunub.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, qatarın yolda qalmasına səbəb ərazidə elektrik enerjisi təchizatında problem olmasıdır. Hadisə ilə əlaqədar olaraq ADY əməkdaşları sərnişinlərə tələbatlarına uyğun olaraq isti və soyuq içkilər, şirniyyat və müxtəlif qidalar paylayıb.

***21:10

Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Ağstafa-Bakı sürət qatarı Goran stansiyasında yaranmış nasazlıq səbəbindən yolda qalıb.

Qatar artıq saat yarımdır yubanır. Hazırda problemin həlli istiqamətində işlər görülür.

BAKU.WS
QALEREYA