“Dan ulduzu” ansamblının ilk skripkaçısı vəfat edib

“Dan ulduzu” ansamblının ilk skripkaçısı vəfat edib
Hadisə 4

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova bildirib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər