Bakıda 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

Bakıda 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb
Hadisə 0

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər