SİZİN REKLAM BURADA!
055 213 76 73


Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.

APA-nın məlumatına görə, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Ruslan Korziuk idarə etdiyi iritonajlı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı R.Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.

45 yaşlı R.Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS