Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb

Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və elə orada keçinib.
Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürək tutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.
Oxşar xəbərlər
Ölmüş körpənin doğum evindən qaçırılması cəhdi ilə bağlı AÇIQLAMALAR - VİDEO
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılması anının görüntüləri ilə ba...
