Belarus vətəndaşı Gürcüstan-Azərbaycan sərhəddində ölüb

Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.
APA-nın məlumatına görə, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Ruslan Korziuk idarə etdiyi iritonajlı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.
İlkin müayinə zamanı R.Korziukun ürəktutmasından həyatını itirdiyi məlum olub.
45 yaşlı R.Korziukun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Balakən Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb
Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu...
