SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Çinarə Məlikzadənin atası Məlik Məlikzadənin dəfn olunacağı yer açıqlanıb.

BAKU.WS-in məlumatına görə, mərhum bu gün saat 13:00-da "Qurd qapısı" qəbirstanlığında dəfn olunacaq. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Aparıcı onu da qeyd edib ki, dünən sənətçinin atasının ölüm xəbərini alan kimi hadisə yerinə yollanıb və acı mənzərə ilə qarşılaşıb:

"Dünən xəbəri eşidən kimi Nərimanov metrostansiyasına getdim. Mənzərəni görmək çox ağır idi. Çünki doğmaları, xüsusən də Çinarə atasının qəfil ölüm xəbərinin şokunda idi. Deyilənə görə, Məlik müəllim metroda ikən qəfil yıxılıb. Əslində, çox sağlam adam idi.  Amma görünən odur ki, heç kim əcəlin nə vaxt gələcəyini bilmir. O da xəbərsiz olub hər şeydən. Eləcə durduğu yerdə dünyasını dəyişib".

**** 10:44

"ARB" kanalında yayımlann "Günə son" verilişinin çəkiliş heyəti atasının itirən müğənni Çinarə Məlikzadənin evində olub.

BAKU.WS xəbər verir ki, sənətçinin anası Kifayət Məlikzadə həyat yoldaşının vəfatının təfərrüatlarının danışıb.

O bildirib ki, Məlik Məlikzadə metroda olarkən qəfildən ürəyi sıxılaraq infarkt keçirib. Daha sonra hadisə yerində olan polislər mərhumun telefonundan Kifayət xanıma zəng edərək vəziyyəti bildiriblər.

Bu zaman Kifayət xanım şəhidlərə həsr edilən tədbirlərdən birinə qatılıbmış. Layihəsi ilə bağlı Türkiyədə olan Çinarə atasının yas mərasiminə qatılmaq üçün bu gün Azərbaycana gələcək.

Qeyd edək ki, sənətçinin atası Məlik Ağalar oğlu Məlikzadə dünən metronun "Nərimanov" stansiyasında dünyasını dəyişib. Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO