Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB - VİDEO

Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB - VİDEO
Foto Video
Mədəniyyət 507

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Dəfn mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və digər mədəniyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib

***10:56

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

BAKU.WS-in məlumatına görə, Mədəniyyət Nazirliyindən "Report"a bildirib ki, mərhum Bakının "Qurd Qapısı" qəbirstanlığında torpağa tapşırılacaq.

***09:15

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "report"a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Son xəbərlər