Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
“Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər”, - deyə o qeyd edib.
“Yeni Klinika”dan saytımıza verilən məlumata görə, Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniyadır, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var, qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir.
***14:14
Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
O bildirib ki, 65 yaşlı Y.Zurufçu bir həftə əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”ya köçürülüb:
“Hazırda onun vəziyyəti ağırdır. Analizin cavabı pozitiv çıxandan sonra xəstəxanaya yerləşdirilib. Bir həftə palatada saxlanıldı.
Lakin vəziyyəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib. Dünən axşamdan etibarən reanimasiya şöbəsində həkimlərin nəzarətindədir.
Yaqub bəyin ürəyi zəifdir, hər kəsin onun üçün dua etməsini istəyirəm. Biz inanırıq ki, o sağalacaq”.
Oxşar xəbərlər
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olundu - YENİLƏNİB
Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer dəyişdirilib. Sənətçinin ailəsindən "Report"a bildirilib ki, mərhumun cənazəsi bu gün "Qurd qapısı"...