Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı göstəriş verdi

Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı göstəriş verdi
Mədəniyyət 122

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində xüsusi bir irəliləyiş yoxdur”.

BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti ağır-stabil olaraq qalır:

“Onun müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Fondun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda müalicəsi palatada davam edir”.

Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

Son xəbərlər