Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olundu - YENİLƏNİB

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer dəyişdirilib.
Sənətçinin ailəsindən "Report"a bildirilib ki, mərhumun cənazəsi bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
***11:59
Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
"Xalq artistinin dəfni ilə bağlı məsələdə nazirlik tərəfindən müvafiq kömək göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən qeyd olunub.
***11:49
Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, aktyorun cənazəsi bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.
Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.
Oxşar xəbərlər
İki yüzdən çox rolu canlandıran Xalq artistinin doğum günüdür - FOTO
Bu gün Azərbaycanın Xalq Artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 124 i...
