Şəmkirdə güclü külək istixanalara zərər vurub
Şəmkir rayonunda əsən güclü külək bir neçə kənddə istixanalara zərər vurub, elektrik enerjisinin verilməsi dayandırılıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Əliyaqublu, Qədimqala və yaxın kəndlərdə sahibkarlara məxsus bir neçə istixana ziyan çəkib.
Şəmkir şəhərinin bəzi küçələri, Kür qəsəbəsi, Yeniabad, Mahmudlu, Təzəkənd, Keçili və yaxın kəndlərdə elektrik enerjisində fasilə yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən küləyin yaratdığı fəsadlar dəqiqləşdirilir və problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, günün ikinci yarısından başlayaraq Qərb bölgəsinin bir neçə rayonunda, həmçinin Gəncə şəhərində güclü külək müşahidə olunur.
Oxşar xəbərlər
Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilməsi dayandırılıb
Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bölgədə yağan güclü yağış bir sıra fə...