Şəmkirdə güclü yağış yağıb, bəzi kənd və qəsəbələrə elektrik enerjisinin verilməsi dayandırılıb
04
avq
2023
11:38
Şəmkir rayonuna leysan yağıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bölgədə yağan güclü yağış bir sıra fəsadlar törədib.
Şəmkir rayon Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində çətinlik yaradıb.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə olunur.
Oxşar xəbərlər
Daşkəsəndə leysan yağışlar təsərrüfata ziyan vurub - FOTO
Daşkəsən rayonunda leysan yağışlar yağıb, dolu düşüb, bir sıra fəsadlar yaranıb. BAKU.WS report-a istinadən xəbər verir ki, yağan leysan yağışlar nəticəsində Da...