Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Qaradağ rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü İlham Güləliyevdən 3 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS