Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 26-da Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.  

Ziya Səccad
BAKU.WS