Bakıda sahibkarlıq obyektində yanğın təhlükəsi aradan qaldırılıb - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 171 ünvanında yerləşən təkər təmiri sexində yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi yaratdığı müəyyən edilib.
Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə aparılan profilaktik söhbət zamanı təmir sexində yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, kiçik səhlənkarlıqdan, yaxud ehtiyatsızlıqdan təkər tullantılarında baş verə biləcək yanğın hadisəsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, ehtimal edilən yanğın genişlənərək müəssisənin yaxınlığında yerləşən fərdi yaşayış evlərinə və digər obyektlərə keçə, eyni zamanda təkər məmulatlarının yanması nəticəsində yaranan kəskin tüstülənmə ekologiyaya böyük ziyan vura bilər.
Görülən tədbirlər nəticəsində sahibkar tərəfindən təkər tullantıları ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...