Zaqatalada 64 nəfər qızılcaya yoluxub

Zaqatalada 64 nəfər qızılcaya yoluxub
Hadisə 0

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

BAKU.WS xəbər verir ki, TƏBİB-dən report-a bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: "Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər