SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda oğul anasını başından güllələyib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Əliyev Maarif Eldar oğlu birlikdə yaşadığı anası 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızına ov tüfəngi ilə başından atəş açaraq onu qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən yeniyetmə polisə təslim olub. 
 
BAKU.WS