Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb.
Belə ki, yolda nasaz vəziyyətdə dayanmış avtomobil zəncirvari qəzaya səbəb olub.
"Vaxtında düzgün ara məsafəsi saxlayın ki, qəzadan yayına biləsiniz. Nəqliyyat vasitəsində texniki nasazlıq yarandısa, vaxt itirmədən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın. Əks halda özünüzlə yanaşı, digərləri qəza iştirakçısı olacaq", - deyə bildirilib
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya eks...