Xəbər verdiyimiz kimi ,bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

Yayılan məlumata görə, baş verən hadisə nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi tapılıb. Həmin şəxsin operator Cavid Bəhramov olduğu bildirilir.

AzVision.az-ın əldə etdiyi məlumata görə, itkin düşən neftçilərdən 5-i Ələt qəsəbə sakindir.

Zülfüqarov Güloglan Hacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır. 

Həyat yoldaşı: Zülfüqarova Tamara İsmayıl qızı – 02.10.1967
Oğlu – Zülfüqarov Pərvin Güloğlan oğlu – 30.06.1988
Oğlu – Zülfüqarov Elvin Güloğlan oğlu – 06.09.1990
Oğlu – Zülfüqarov Etibar Güloğlan oğlu – 05.12.1991
Oğlu – Zülfüqarov Elçin oğlu – 28.11.1993
Oğlu – Zülfüqarov Şahid Güloğlan oğlu – 25.02.1996
Qızı – Zülfüqarova Ülkər Güloğlan qızı – 30.01.1999
Qızı – Zülfüqarova Günel Güloğlan qızı – 23.05.2001
Qızı –Zülfüqarova Şəfəq Güloğlan qızı–26.09.2003(hipertoniya xəstəsi)

Zülfüqarov Azay Hacıbala oğlu 8 avqust 1971-ci ildə anadan olub. İki uşaq atasıdır.

Həyat yoldaşı- Zülfüqarova Çimnaz Qaraş qızı – 28.08.1977
Oğlu - Zülfüqarlı Süleyman Azay oğlu – 22.08.2013
Oğlu - Zülfüqarlı Amin Azay oğlu – 30.12.2014

Qafarov İlham Əlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. 3 uşaq atasıdır.

Həyat yoldaş –Qafarova Rəsmiyyə Şərif qızı- 06.03.1967
Oğlu – Qafarov İsmixan İlham oğlu – 17.08.1984
Oğlu – Qafarov Orxan İlham oğlu- 31.01.1991
Qızı – İsayeva Xumar İlham qızı – 25.01.1987 (evlidir, 2 uşağı var)

Bəhrəmov Cavid Ayatxan oğlu 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.

Həyat yoldşaı – Bəhrəmova Nüşabə Habil qızı- 20.05.1969
Oğlu – Bəhrəmov Xalid Cavid oğlu – 30.12.1995 
Qızı – Babayeva Müşərrəf Cavid qızı – 06.06.1990 (evlidir)
Qızı –Bədəlova Aysel Cavid qızı – 24.01.1992 (evlidir)

Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır.

Həyat yoldaşı - Əsədova Mərziyyə Əliyusif qızı – 09.08.1983
Qızı – Əsədova Həcər Samir qızı – 18.12.2006
Qızı – Əsədova Simarə Samir qızı – 15.02.2005
Oğlu – Əsədli Cavid Samir oğlu – 29.11.2012
 
BAKU.WS