"20 Yanvar" metrostansiyası yaxınlığında yanğın - Tıxac yarandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında ağaclıq sahədə yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ağaclıq ərazidə baş verən yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
***18:47
Bakıda "20 Yanvar" metrostansiyasının yaxınlığında ağaclıq sahədə yanğın başlayıb.
Bu barədə görüntülər BAKU.WS-in "Qaynar Xətt"inə daxil olub.
Yanğın metrodan üzü Dərnəgül istiqamətinə dönən hissədəki ağaclıqda baş verib.
Hadisə ilə əlaqədar olaraq artıq ərazidə tıxacın yarandığı bildirilib.
Oxşar xəbərlər
Arif Əfəndiyev vəfat etdi
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib. BAKU.WS xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib. Xatırladaq ki, A....