20 Yanvar faciəsinin şahidi: "İki nəfər avtomatla atəş açırdı, bir-birinin başı üzərindən camaatı güllələyirdilər"

20 Yanvar faciəsinin şahidi: İki nəfər avtomatla atəş açırdı, bir-birinin başı üzərindən camaatı güllələyirdilər
Hadisə 47

20 Yanvar faciəsinin canlı şahidlərindən biri də Tahir Fətullayevdir. O, həmin gecə baş verənləri xatırlayarkən bildirib ki, insanlar sovet ordusunun dinc əhaliyə qarşı silah işlədəcəyinə inanmırdı.

"Asayişi qorumaq üçün növbədə dayanmışdıq. Yasamal bazarının yanından evlərin qapılarını güllələyə-güllələyə irəlilədilər. Biz onları saxlaya bilmədik. Saat 12-yə 15 dəqiqə qalmış göyə fişənglər atıldı. Bu, ordular üçün bir işarə idi - Azərbaycanda olan hərbi hissələrə əməliyyata başlamaq siqnalı verilmişdi. Ordu hərəkətə keçdi. Millət canlı blok kimi qarşılarında dayanmışdı".

Tahir Fətullayev atəş açılan anı xüsusi dəhşətlə xatırlayır: "Gözümü işığa dikmişdim. Elə bu məqamda işığın sönməsi ilə güllənin açılması bir oldu. Əyilib baxdım, iki nəfər avtomatla atəş açırdı - biri dizini yerə qoymuş vəziyyətdə, digəri ayaq üstə. Bir-birinin başı üzərindən camaatı güllələyirdilər".

Onun sözlərinə görə, həmin gecə istifadə olunan güllələr adi deyildi: "O gecə atılan güllələr zəhərli idi. Güllə fırlana-fırlana gedir, özü də yandırır. Girəndə dəlik balaca olur, amma çıxan yeri böyük bir həcmdə açır, əti parçalayır".

Son xəbərlər