Bakıda iti maşına bağlayıb sürüdülər, qadınlar göz yaşlarına boğuldu (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS-in məlumatına görə, "Qazel” markalı, "10 XB 125" dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan sürücü və sərnişin iti sürüməsinə xanım sürücü kəskin etiraz edib.
Xanım sürücü "Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır.
Gözyaşlarına boğulan xanımlardan biri yaralanmış iti sığallayıb. Digər xanım isə "Allah göydən baxır. Bu da heyvandır. Niyə belə edirsiz?” deyə sürücünü günahlandırıb. Sürücü isə soyuqqanlı şəkildə "İti azdırmağa aparıram" deyib.
Qadın sürücü onlara irad tutub və iti buraxmalarını tələb edib. Xanımlar sürücüyə çəkdikləri videonu sosial şəbəkədə yayılacağı xəbərdarlığını etsə də itə zülüm verən şəxs heç nə etməyib.
İman
BAKU.WS
Oxşar xəbərlər
Bakıda taksi sürücüsü qadın müştəriyə qarşı əxlaqsızlıq etdi (VIDEO)
Bakıda taksi şirkətlərindən birinin sürücüsü xanım müştərinin ünvanına apardıqdan sonra ona tanışlıq mesajı yazıb. Bu isə xanımın narazılığına səbəb olub. Hətt...