Bakıda qadın sürücünün döydüyü yol polisi xəstəxanaya düşdü (VİDEO, RƏSMİ AÇIQLAMA)
Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə qadın sürücü arasında baş verən gərgin anlar araşdırılıb və hüquqi qiymət verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşının qabaq sağ tərəfi əzik olub. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında kişi sərnişin olub. Guya həyat yoldaşı olub.
Yol polisləri nəhayət tədbir görüb maşını saxlayıblar. Qadın qapıları bağlayıb və maşından düşmək istəməyib. Sürücünün sənədi olmayıb. Polisə müqavimət göstərib və onun üzünü yaralayıb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq yol polisi əmrə tabe ola bilməyən sürücünü saxlaya bilib. Hadisə ilə bağlı məhkəmə də keçirilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib.
Xanım sürücü Azərbaycan xanımına yaraşmayan hərəkət edib. Pos Patrul Xidməti gələnə qədər xanım sürücü müqavimət göstərib. Yol polisinin sifətini yaralayıb.
Qeyd edək ki, hadisə ilə bağlı "Bakıda yol polisindən növbəti özbaşınalıq: qadın sürücü yolun ortasında döyüldü" xəbərdə məlumat vermişdik.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol polisindən növbəti özbaşınalıq: qadın sürücü yolun ortasında döyüldü (VİDEO)
Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, həmin video sosial şəbəkələrdə yayılıb. V...