Bakıda 14 yaşlı qızı hoteldə zorlayan şəxs həbs edildi
05
fev
2019
17:37
Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib.Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:“Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanası göndərilib. İstintaq isə davam edir”.Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov N.Əhmədovun həbs edildiyini təsdiqləyib.BAKU.WS
Oxşar xəbərlər
Zorlandığı deyilən 14 yaşlı qızın atası: "Şirin dili ilə onu aldadıb"
Məktəbli qızla intim əlaqədə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun məhkəməsi keçirilib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, zərərçəkmiş tərəf Nə...