055 213 76 73
Ermənilərin girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun Qarabağda çəkdiyi son görüntülər yayılıb.
BAKU.WS-in məlumatına görə, həmin video Ermənistan mətbuatı tərəfindən nəşr olunub.
Videonun Kəlbəcərdə çəkildiyi ehtimal olunur. Çəkiliş zamanı Dilqəm Əsgərov tez-tez buralara gəldiyini bildirir.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov qətlə yetirilib.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.
Ziya Səccad
BAKU.WS