Kürün səviyyəsi qalxıb, bəzi əraziləri su basıb
09
may
2025
22:59
Sabirabadda Kürün səviyyəsinin qalxması nəticəsində yulğunluq əraziləri su basıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yağan leysan yağışları nəticəsində Kür çayının Sabirabad royununun kürətrafı Həşimxanlı və Ətcələr kəndlərində yulğunluq əraziləri su basıb.
Bəzi yerlərdə salınan yaşıllıqlar da subasmaya məruz qalıb. Hələlik fərdi yaşayış evlərinin subasma təhlükəsi yoxdur.
Vəziyyət bundan sonra yağan yağışlardan asılı olaraq dəyişə bilər.
Oxşar xəbərlər
Bakıda sahibsiz itlər sakinlərə hücum etdi - ANBAAN GÖRÜNTÜ
Xətai rayonu Gəncə prospektindəki 97 nömrəli binanın ətrafında sahibsiz küçə itlərinin əlindən hərəkət etmək müşkülə çevrilib. Sakinlərin BAKU.WS-ə verdiyi məlu...