Dilqəmin Qarabağda çəkdiyi son kadrlar (VİDEO)
Ermənilərin girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun Qarabağda çəkdiyi son görüntülər yayılıb.
BAKU.WS-in məlumatına görə, həmin video Ermənistan mətbuatı tərəfindən nəşr olunub. Videonun Kəlbəcərdə çəkildiyi ehtimal olunur. Çəkiliş zamanı Dilqəm Əsgərov tez-tez buralara gəldiyini bildirir. Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onların yanında olan Həsən Həsənov qətlə yetirilib. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupunda...