VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yenicə fəaliyyətə başlayan Bakı-Sumqayıt qatarının problemləri səngimək bilmir. Bununla bağlı narazılıqlara sosial şəbəkələrdə, eləcə də sərnişinlər arasında tez-tez rast gəlinir.

BAKU.WS-in məlumatına görə, bir neçə gün öncə ölkə Bakı-Sumqayıt qatarının yolunu azaraq Sumqayıt əvəzinə Siyəzənə getməsi xəbəri yəqin ki, hamınızın yadındadır.

Həmin vaxt qatarda olan sərnişinlər Sumqayıt yerinə azıb Siyəzənə gedən qatarda yolun onlara tanış gəlmədiyini görüb bərk təşvişə düşüblər. Maşinist ilə əlaqə düyməsindən də istifadə edən sərnişinlərin fəryadına cavab verən olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə hətta sərnişinlərdən bəziləri qatarın qaçırıldığını belə düşünüblər. Bu minvalla bərk qorxuya düşən sərnişinlərdən özündən gedənlər, halı pisləşənlər də olub. Bəzi sərnişinlər ailələrinə bu barədə sms də göndəriblər.

Həmin qatarda olan sərnişinlərdən Baxış Süleymanov Ölkə.Az-a açıqlamasında bildirib:

"Saat 19:25-də qatar stansiyadan Sumqayıta tərəf hərəkət etməyə başladı. Yolun uzandığını və qatarın isə ünvana çatmaq bilmədiyini görərək sərnişinlərdən bəziləri narahat olaraq saatına baxdı. Saatın 20:15 olduğunu gördükdən sonra nəzarətçidən niyə hələ də qatarın mənzil başına çatmadığını soruşdu. Cavabında isə "bilmirəm" eşitdikdə bir neçə nəfər pəncərədən harada olduğumuza baxdı. Elə təşviş də bundan sonra başladı. Daha sonra maşinist qatarı saxlayaraq 10 dəqiqə gözlədi. Sonradan isə geriyə hərəkət etməyə başladıq. Təxminən 30 dəqiqə sonra isə Sumqayıtda olduq. Saat isə 21:20 olmuşdu".

Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov hadisə ilə bağlı mətbuata verdiyi açıqlamada deyilənlərin yalan və nağıl olduğunu bildirmişdi, hətta qatarın gecikməsini də inkar etmişdi.

Ancaq bu videodan da aydın olur ki, nağılı elə Elyar Muradov danışıb.

Hadisə yerindən həvəskar kamera ilə çəkilmiş videoları təqdim edirik:

Ziya Səccad
BAKU.WS