Bakıda sərnişin avtobus sürücüsünü döydü

Bakıda sərnişin avtobus sürücüsünü döydü
Hadisə 1769

 

Bir vaxtlar danayacaqdan kənar avtobus saxladığı üçün qınanan sürücülər indi əks-reaksia ilə üzləşib. Dünən səhər Bakıda bir avtobus sürücüsünün döyülməsinə məhz dayanacaqdan kənarda saxlamaması səbəb olub. Sərnişinin döydüyü sürücü kəllə beyin travması alıb.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, hadisə səhər Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda baş verib. Bir sərnişin sürücü Kamil İbrahimova hücum edib. Döyülən sürücünün qardaşı Ramil İbrahimov deyir ki, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.

Döyülən sürücünü sərnişinin əlindən ətrafda olanlar alıb. Qan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.

Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.

BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar

Sumqayıtdakı dəhşətli qəza ilə bağlı yeni faktlar

Sumqayıt-Bakı yolunda baş verən dəhşətli mikroavtobus qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. BAKU.WS-in lent.az-a istiadən məlumatına görə, qəza nəticəsind...

3454 Hadisə 09:17 19 sentyabr 2015

Son xəbərlər