Bakıda intihara cəhdin qarşısı alınıb.
Metronun “Koroğlu” stansiyasının yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs fikrindən daşındırılıb.
İntihara cəhd edən şəxs körpüdən düşürülüb.
***18:06
Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihara cəhd edib.
BAKU.WS-in xəbərinə görə, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.
Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
İntiharın qarşısının alınması məqsədilə iş aparılır.
Görüntüləri təqdim edirik:
BAKU.WS
VİDEO