19 min manatlıq elektrik naqilləri oğurlanıb
Abşeronda 19 min manatlıq elektrik naqilləri oğurlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilibş
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və Rasif Əliyev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, onlar müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar taladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul oğurladığı da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Goranboyda müəmmalı ölüm: Gənc qızın meyiti evdən tapıldı
Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə tapılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki,...