Bakıda mağazada iş adamının meyiti tapıldı

29
mar
2023
10:37
Bakıda mağazada iş adamının meyiti tapılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bakı küçəsi: 1 ünvanında yerləşən mağazada baş verib. Həmin obyekti icarə əsasında işlədən Daşkəsən rayon sakini, 1973-cü il təvəllüdlü M.Bayramovun meyiti iş yerində aşkar edilib.
Onun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. M.Bayramovun ölüm səbəbi hələ ki, açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda şok olay: Anası Türkiyədə olan azyaşlıya təcavüz edildi
Bakının Nərimanov rayonunda 1972-ci il təvəllüdlü Nəsimi həyat yoldaşının bibisinin azyaşlı qızı Vüsaləyə (adlar şərti verilib – red.) təcavüz edib. BAKU.WS "te...
