VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...".

BAKU.WS-in xəbərinə görə, bunu Xalq artisti Mehriban Zəki martın 22-si Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən qəza ilə bağlı paylaşımında bildirib.

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə, "problem yoxdur, keçib gedəcək", - deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istəyərdi.

Bu, sadəcə, qəzavü-qədər idi. Mən sağalacağam. Qolum da, qabırğalarım da bitişəcək, üzüm də bərpa olacaq. Dilarə də, inşallah, özünü toparlayar. O, çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizim üçün".

Xatırladaq ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

BAKU.WS
QALEREYA