Cəlilabadda 8 aylıq hamilə qadın öldü

19
mar
2023
18:40
Cəlilabad rayonunda 8 aylıq hamilə qadın ölüb.
BAKU.WS-in report-a istinadən məlumatına görə, halı pisləşən rayon sakini, K.Qənbərova rayon xəstəxanasına gətirilib.
Lakin onun artıq öldüyü məlum olub.
Qadının ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub - FOTO
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində baş verib....
