Bu gün günorta saatlarında Bakı şəhərində nişanlı cütlüyün meyiti tapılıb.

BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verri ki, təxminən 20-25 yaşlı qızla oğlanın nəşi Yasamal rayonu, Tbilisi prospektində yerləşən qarajda tapılıb.

İki gün öncə cütlüyün itkin düşməsi barədə polisə məlumat daxil olub və axtarışlara başlanılıb. Bu gün isə gənclərin maşında meyitləri tapılıb.

İlkin ehtimala görə, onlar avtomobildə uzun müddət qalıb və kondisioneri işlək vəziyyətdə saxlayıblar. Maşına dolan zəhərli havadan boğulub ölüblər. 

Məlumatına görə, onlar 1991-ci il təvəllüdlü Kamal İlham oğlu Alışov və 1994-cü il təvəllüdlü Zülfiyyə Faiq qızı Yusifzadədir.
 
Hər iki şəxsin meyiti müayinə edildikdən sonra yaxınlarına təhvil verilib.

BAKU.WS